"İnfrastrukturun inkişafı Azərbaycanın iqtisadi inkişafı baxımından vacibdir" - DEPUTAT ŞƏRH ETDİ

"Ümumiyyətlə infrastrukturun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafı baxımından vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadi-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bütövlükdə dövlət başçısının diqqəti ilə biz son illər yol infrastrukturunun, eyni zamanda ölkədə infrastrukturun inkişaf etməsini müşahidə edirik: "Bu kontekstdə yeni infrastruktur layihəsinə vəsaitin ayrılması, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisinin həyata keçirilməsi həm də regionların inkişafına xidmət edəcək. Bu regional inkişafla bağlı prioritetlərə uyğundur. Bakı və regionlar arasındakı məsafənin qısaldılmasına və daha çox bu istiqamətdə həm real sektor, həm də sərnişindaşıma baxımından yeni imkanların əldə edilməsinə şərait yaradacaqdır. Bu baxımdan sonuncu sərəncamla vəsaitin ayrılması, infrastrukturun genişləndirilməsi regionların inqtisadi inkişafına müsbət təsir göstərəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...