Strateji məhsullarda qıtlıq müşahidə olunur? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Bu il üç əsas hədəflərdən biri məhsuldarlığın artırılması, xüsusən də daha çox strateji məhsulların istehsal olunması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, taxıl istehsalı indiki halda prioritet məsələlərdən hesab olunur: “Çünki dünyada baş verən qıtlıq kontekstində istehsalın genişləndirilməsi və bu istiqamətdə daha çox investisiyanın və məhsuldarlığın artırılması fonunda işlərin görülməsinə ehtiyac var. Bütün bunlar təbii ki, məhsuldarlığın yüksəlməsinə və daha yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradıb. Təbii ki, bu proses mərhələli şəkildə baş verir. Biçin prosesi davam etsə də gözlənilən məqam odur ki, bu il məhsuldarlıq xüsusəndə strateji məhsullar əvvəlki illərə nisbətən daha yüksək olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə