Layihə menecerləri üçün təlim kursu uğurla yekunlaşıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) bildiriblər ki, proqram çərçivəsində ilk sessiya Tofiq Sadıxovun təqdimatında Masterklass və qrup işi olub.
Günün sonuna doğru isə ARGTMŞ-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə “İştirakçıların layihə ilə bağlı gözləntiləri və təkliflərin toplanması” mövzusu ətrafında interaktiv müzakirə keçirilib və bununla da layihə yekunlaşıb.
Qeyd olunub ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB