Dolların bahalaşması hansı ölkələrin valyutaları üçün təhdid sayıla bilər? - İQTİSADÇI AÇIQLADI

"Dolların bahalaşması bütün dünya ölkələrinin valyutalarının ucuzlaşmasına gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, dolların bahalaşması dollarla borc götürən ölkə və şirkətlər üçün təhlükəlidir: "Çünki dollar bahalaşdıqca onların borclarının həcmi artır. İnkişaf etmiş ölkələr öz valyutalarına belə borclana bilir. Bu, həmin ölkələrin iqtisadi maliyyə sabitliyi üçün təhlükəli deyil. Ancaq inkişaf etməkdə olan ölkələr üçün dolların bahalaşması onların borc öhdəliklərini artırır. Çünki onların borclarının əhəmiyyətli hissəsi xarici valyutalarda və dollardadır. Dolların bahalaşması ilk öncə dollarda borcu olan ölkələrə ziyandır. Dolların bahalaşması ixrac iqtisadiyyatına malik olan bir sıra ölkələr üçün xeyirlidir. Dolların bahalaşması ilə ölkələrin məzənnəsi aşağı düşür və nəticə etibarilə həmin ölkələrin idxalı artır. İdxaldan asılı olan ölkələrdə dolların bahalaşması inflyasiyanı artıran amildir. Ümumiyyətlə dolların bahalaşması dollara fiks edilən valyutaların bahalaşmasına gətirib çıxardır. Bu da həmin ölkələrin ixrac sektoru üçün problem yaradır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə