Azərbaycan neftinin dünya bazarında artması… İQTİSADÇI AÇIQLADI
“Dünya iqtisadiyyatında baş verən son hadisələr Azərbaycan neftinin qiymətinə də yüksək təsir göstərmişdir ki, bu da dövlət büdcəsində müsbət trendlər ilə nəticələnir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert, Odlar Yurdu Universiteti "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının baş müəllimi Aslan Əzimzadə deyib.
Onun sözlərinə görə, cari ilin dövlət büdcəsi ilk olaraq neftin 1 barrelinin 50 dollar olması ilə hesablanmışdır: “ Lakin dünya iqtisadiyyatında baş verən bu son hadisələr Azərbaycan neftinin 1 barrelinin qiymətini 100 dollardan yuxarı səviyyəyə qalxması ilə nəticələnmişdir. Artıq qalan profisiti də nəzərə alaraq yenidən dövlət büdcəsi Azərbaycan neftinin 1 barrelinin 85 dollar olması qiymətində hesablanmışdır. Bu proses nəticəsində müəyyən istiqamətlər üzrə dövlət xərclərin daha da artmasının şahidi ola bilərik ki, bu da təbii ki, ölkə iqtisadiyyatına, əhalinin sosial iqtisadi vəziyyətinə və digər amillərə öz müsbət təsirini göstərəcəkdir. Xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işləri çərçivəsində dövlət büdcəsində tikinti xərclərinin artmasının şahidi ola bilərik. Nəticə etibarilə deyə bilərik ki, dövlət büdcəsinin xərclərinin artması birmənalı olaraq müsbət effekt yaradacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB