Qazın Bolqarıstana nəql edilməsi Azərbaycana nə qazandıracaq? - İQTİSADÇI AÇIQLADI
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya malik olan ölkələrdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycan Avropaya mavi qaz ixracatını artırmaqdadır: “Xüsusən də bu ilin ilk rübündə Azərbaycan Avropaya mavi qaz ixaracatını 2,5 dəfə artırıb. Həmçinin Azərbaycan 2018-ci illə müqayisədə mavi qaz hasilatını 2 dəfədən çox artırıb. Bu da ondan xəbər verir ki, ötən il 43,9 milyard kub metr mavi qaz hasil edən Azərbaycan artıq regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Bu il Azərbaycan Avropa da daxil olmaqla qonşu ölkələrə 24 milyard kub metr mavi qaz nəql edəcək. Artıq mərkəzi şərqi Avropa ölkəsi olan Bolqarıstanda Azərbaycanın mavi qazını alma öz enerji təhlükəsizliyini formalaşdırmaq imkanına malik olacaq. Bu proses də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun artmasına, həm də Azərbaycanın Şərqi Avropa ölkələri arasındakı strateji əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Bolqarıstana Azərbaycanın mavi qazının satılması bir daha təsdiq edir ki, Azərbaycan regionda təhlükəsizliyin formalaşmasına xüsusi töhfə verən ölkədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB