Bitkoin 20 min dollar həddindən aşağı düşüb

Bitkoin 20 min dollar həddindən aşağı düşüb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 19,3 min dollaradək azalıb.

SİA-nın məlumatına görə, son sutka ərzində kriptovalyuta 7,2 faiz ucuzlaşıb.

Bu, bitkoinin 2020-ci ilin dekabrından bəri qeydə alınan ən ucuz qiyməti olub. Bitkoinin qiyməti sonuncu dəfə həmin dövrdə 20 min dollar həddindən aşağı düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə