"Son anlaşma enerji sektorunun inkişafı baxımından vacibdir" - İQTİSADÇI BİLDİRDİ

"Son anlaşma enerji sektorunun inkişafı baxımından vacibdir" - İQTİSADÇI BİLDİRDİ

"Bərpa olunan enerji alternativlərindən istifadə edilməsi Azərbaycan üçün prioritet məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı imzalanmış son anlaşma bütövlükdə bərpa olunan enerjinin istehsalının artırılmasına və ümumi istehlakda ənənəvi enerjinin payının azalmasına, bərpa olunan enerjidən daha çox istifadə edilməsinə daha çox imkan verəcək: "Bu bir mənalı şəkildə Azərbaycanda bərpa olunan enerji payının artırılması və bu istiqamətdə investisiyanın cəlb edilməsi baxımından vacibdir. Nəticə etibarilə xüsusilə də alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi və eyni zamanda bu mənbələrdə istehsalın təşviq edilməsinə şərait yaradacaq. Məhz bu səbəbdən son anlaşma enerji soktorunun inkişafı baxımından vacibdir. Bu isə ondan xəbər verir ki, Azərbaycan bərpa olunan enerji sektoruna daha çox xarici investisiyanın cəlb edilməsi ilə bağlı hədəflərə nail olur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə