Avtomobillərin bahalaşmasının əsas səbəbi nədir? - İQTİSADÇI AÇIQLADI
“Azərbaycanda avtomobillərin bahalaşmasının əsas səbəbi dünya avtomobil bazarında baş verən qiymət artımları ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daxilində avtomobil sənayəsi yoxdur, bu səbəbdən də ölkə də avtomobil istehsal olunmur: “İlkin alış zamanı avtomobillər xaricdən idxal edilir. Təkrar bazarda isə köhnə maşınların alınıb-satılması prosesi həyata keçirilir. İlkin bazarda da qiymətlər qalxanda təkrar bazarda da qiymətlər yüksəlir. İstər ilkin bazarda, istərsə də, yeni avtomobillərin qiymətində baş verən qiymət artımının əsas səbəbi xaricdən alınan avtomobillərin dəyərinin artması nəticəsində baş verir. Təbii ki, bununda bir sıra səbəbləri var. Lakin əsas səbəb qlobal dəyər zəncirində yaranan problemlərdir. Material və daşınmanın bahalaşması və s. bütün bunlar pulun dəyərini itirməsinə eyni zamanda bu sahədə olan bahalaşmaya gətirib çıxardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB