Qalib şirkətə 2 milyon 159,8 min manat ödəniləcək

Qalib şirkətə 2 milyon 159,8 min manat ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi intensiv meyvə bağlarının yaradılması və təsərrüfatların təhvil verilməsi ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA xəbər verir ki, tenderin qalibi "Yagmur-2” MMC-dir.

Qalib şirkətə 2 milyon 159,8 min manat ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə