“Şuşada xüsusi sessiyanın keçirilməsi əhəmiyyətlidir və emosionaldır” - Bəxtiyar Aslanbəyli

“Şuşada xüsusi sessiyanın keçirilməsi əhəmiyyətlidir və emosionaldır” - Bəxtiyar Aslanbəyli

"Bu gün Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiyanın keçirilməsi əhəmiyyətlidir və emosionaldır". SİA xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Üç il əvvəl, 2019-cu ildə keçirdiyimiz xüsusi sessiya zamanı nə vaxtsa Şuşada da belə bit tədbir keçirmə xəyal idi. Bu gün isə bu, gerçəklikdir. Çox şadam ki, enerji müzakirələri Bakının hüdudlarından kənarda - Şuşada keçirilir. Ümid edirəm ki, bu, Şuşa da daxil olmaqla Qarabağın "yaşıl enerji zonası"na çevrilməsinə töhvəsini verəcək", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə