Hindistanın Azərbaycandan neft idxalını azaltması ölkəmizə necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

“Azərbaycan öz neftini daha çox Avropa İttifaqına bazarına yönəldir ona görə də, Avropa İttifaqı bazarına daha çox neftin yönəldilməsi digər ölkələrin ixracatına təsirsiz ötüşmür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Hindistanın Azərbaycandan neft idxalının azaldılması heç də ölkəmizin neft hasilatının və ixracatının azalmasına anlamına gəlmir: “Hasilat xüsusilə də OPEC + müəyyənləşdirdiyi kvotaya uyğun olaraq həyata keçirilir və proqnozlaşdırılmış həcmdə neft hasilatı qeydə alınır. Avropa İttifaqı ilə razılaşma əsasında Azərbaycan Avropa İttifaqı ilə neft ixracatını davam etdirir. Bu baxımdan neft sektoru və ixracatdan əldə olunan gəlirlər Azərbaycan dövlətinə gələn gəlirin formalaşmasında həlledici mövqeyini qoruyub saxlamaqdadır. Baxmayaraq ki, bəzi ölkələr neft idxalının strukturunda dəyişikliklər aparır amma bütövlükdə neft sektoru yenə də Azərbaycan üçün xüsusən valyuta gəlirlərinin formalaşmasında aparıcı sektor olaraq qalır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə