“Azəriqaz”ın baş direktoru Şəkidə vətəndaşlarla görüşəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şəki rayonunda vətəndaş qəbulu keçiriləcək. 23 may saat 11:00-da Şəki şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək. “Azəriqaz” İB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə