Təbii qaz ixracının dəyəri üç ayda 3,4 milyard dollar təşkil edib
Cari ilin yanvar-mart aylarında ölkədən 5 milyard 686,8 milyon kubmetr təbii qaz ixrac edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 3 milyard 463,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 6 milyard 165,4 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 867 milyon 67,7 min dollar olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB