Son üç ayda ixrac edilən neft və neft məhsullarının dəyəri 3,6 milyard olub

Son üç ayda ixrac edilən neft və neft məhsullarının dəyəri 3,6 milyard olub

Yanvar-mart aylarında Azərbaycandan 5 milyon 887,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 680,03 milyon ABŞ dolları olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Xatırladaq ki, 2021-ci ilin eyni aylarında ölkədən 7 milyon 47,4 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 2 milyard 664,6 milyon dollar təşkil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə