Sədr vətəndaşlarla görüş keçirəcək

Sədr vətəndaşlarla görüş keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev aprelin 29-da saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küç. 72A) Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək. DGK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul zamanı Xaçmaz və Şabran rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə