Növbəti "Açıq mikrofon" aksiyası Nizami rayonunda keçiriləcək
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB