Son günlər Cinin milli valyutası olan yuanda ucuzlaşma müşahidə edilməkdədir. “BCS World of Investments”in fond bazarı üzrə eksperti Dmitri Babin yuanın ucuzlaşmasının səbəblərini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Beləliklə, Babinin sözlərinə görə, son bir həftədə Çin yuanının dollara nisbətdə ucuzlaşması üç faiz təşkil edib. Maliyyəçi qeyd edib ki, bu, ABŞ Federal Ehtiyatlar Xidmətindən (FRS) hərəkət gözləntiləri ilə bağlıdır.
Ekspert qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin əksər valyutaları son həftələrdə ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini mümkün qədər tez sərtləşdirmə planları səbəbindən dollar qarşısında ucuzlaşır. “Təbii ki, bu fonda mallarının ixracından çox asılı olan Çin iqtisadiyyatının böyüməsi də təhlükə altındadır. Dünyada istehlakçı və işgüzar aktivliyin zəifləməsi halında bu, xeyli zərər görəcək”.
Maliyyəçi həmçinin bildirib ki, yuanın ucuzlaşması Çində son aylarda müşahidə olunan koronavirus infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ölkə hakimiyyəti pandemiya ilə mübarizə üçün sərt tədbirlər görür. Lakin bu, iqtisadiyyata və nəticədə milli valyutaya mənfi təsir göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB