Fransız menecerlər artıq zavodu tərk edirlər
“Renault” “AvtoVAZ”I satır

...Hər halda yadınızda olar...bizim o kinoda saçını “qaydaya saldırmağa” gələn müştəri başının müəyyən yerlərini

bərbərə göstərib deyir ey...bir az burdan götür, bir az da...bərbər də qayıdır ki, daha burda nə qaldı ki?

Bax, indidən deyim ki, sonra yadımdan çıxa bilər, deyirəm: lətifəsi ruslardan uzaq...

SİA bu barədə rus saytlarına istinad edir.

Deməli rusların “Gazeta.Ru” nəşri Fransanın “Renault” konserninin neçə müddətdən bəri işlədib sərmayə qazandığı “AvtoVAZ”ı indi satışa hazırladığı barədə material verib. Nəşrin yazdığına görə, artıq may ayında fransız şirkəti əcnəbi idarə heyətinin böyük hissəsini Tolyattidən Moskvaya köçürəcəklər. Amma sonradan onların Voljski zavoduna qayıdacaqları hələ ki, sual altındadır. (...yəqin Mixail Lermontovun “Borodino” şeirini xatırlamış olarsınız: “Moskva atəşə tutuldu, fransızlara verildi?”... budur indi həmən fransızlar həmən “çerez” Moskva aradan çıxırlar-A.B.)

Beləliklə, deyilənə görə, Rusiya avtomobil nəhənginin sahibi olan “Rostec” bundan sonra dövlət korporasiyası və ya Sənaye və Ticarət Nazirliyinin strukturlarından birinə çevrilə bilər.

“Gazeta.Ru” yenə də öz mənbələrinə istinadən bidirib ki, fransızlar zavodu rus sahibinə satmaq üçün artıq hazırlamağa başlayıblar.

Satınalma üçün potensial iddiaçılar arasında “Rostec”in törəmə şirkəti, eləcə də Sənaye və Ticarət Nazirliyinin strukturları var.

Əvvəla qeyd edək ki, Rusiyanın “BM Lada” “Auto Holding”də 32,4 faiz paya malik idi, qalan 67,6 faiz isə “Renault”a (yəni fransızlara) məxsusdur.

“Gazeta.Ru” həmsöhbətinin sözlərinə görə, may ayında “AvtoVAZ”ın xarici rəhbərliyinin əksəriyyəti zavodu tərk edəcək və ya distant işə keçəcək.

Maraqlıdır ki, bu məlumatı daha iki mənbə də təsdiqləyib. Şirkət menecerlərindən biri qeyd edib ki, əcnəbi kadrların bir qismi əvvəllər Tolyattini tərk edib, bəziləri bunu bir neçə həftə sonra edəcək və onlar bir daha geri qayıtmayacaqlar.

Ay “namərdlər”...belə bir məqamda heç yıxılana balta çalarlar..? Bax. indi nə qədər adam işsiz qalacaq..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə