Üç ayda 19 min tondan çox alüminium məmulatlar ixrac olunub
Yanvar-mart aylarında 19,5 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 69,5 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 42,4 milyon dollar olmaqla 17,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB