"Azəriqaz" İB sahibkarlarla görüş keçirəcək

"Azəriqaz" İB sahibkarlarla görüş keçirəcək

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. "Azəriqaz" İB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Beyləqan Gənclər Mərkəzində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 19-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə