“Saudi Aramco” neftin satış qiymətlərini qaldırır

Bloomberg: “Səudiyyə Ərəbistanı may ayında bütün regionlara neft tədarükü üçün qiymətləri qaldırdı”
“Saudi Aramco” neftin satış qiymətlərini qaldırır

Səudiyyə Ərəbistanı may ayında bütün regionlara neft tədarükü üçün qiymətləri qaldırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, milli neft şirkəti “Saudi Aramco” may ayında “Arab Light” markalı neftin Asiyaya çatdırılmasının dəyərini 4,40 dollar artıraraq bir barel üçün 9,35 dollara çatdırıb.

May ayında Amerika bazarında may ayında “Arab Light” markalı neftin premium qiyməti bir barel üçün 5,65 dollara çatacaq. Bundan əlavə, “Saudi Aramco” Asiya üçün digər növ neftin qiymətini ən azı 1 barrel üçün 2,70, ABŞ üçün isə 2,20 dollar artırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft tədarükünün 60 faizindən çoxu Asiyaya göndərilir, ən böyük alıcılar isə Çin, Yaponiya, Cənubi Koreya və Hindistandır.

Yeri gəlmişkən bildirək ki, bu gün OPEC-də əsas mövqe tutan Səudiyyənin hakimiyyət orqanları beynəlxalq siyasəti, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti neft hasilatının azaldılması sazişləri və qlobal enerji bazarını sabitləşdirmək cəhdləri ilə qarışdırmamağa çağırıb.

Onu da bildirək ki, hazırda OPEC Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya ilə əlaqələrini kəsməyən azsaylı beynəlxalq təşkilatlardan biri olaraq qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə