Xankəndində qaz infrastrukturunun təmir bərpa işləri aparılır

Xankəndində qaz infrastrukturunun təmir bərpa işləri aparılır

"Xankəndi şəhəri, eləcə də işğaldan azad olunmuş digər ərazilər Azərbaycanın suveren ərazisidir. Həmin bölgələrdə infrasturktur işləri yalnız Azərbaycan dövləti tərəfindən həyata keçirilə bilər". SİA xəbər verir ki, bu fikirləri ”Azəriqaz” İB-nın Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, 1980-cı illərdə Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Həmin ərazilərdə qaz infrastrukturu yaradılıb. İşğal dövründə kommunikasiyalar ermənilər tərəfindən dağıdılıb, viran qoyulub. Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.

Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən müasir tələblərə cavab verən təchizarla təmin ediləcək. Həmin ərazilərə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə