AK Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir

AK Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir

Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir.

SİA TASS-a istinadla bildirir ki, bunu bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.

Simson deyib ki, Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin:

“Biz bu ölkəni yanacaqla, generatorlarla təmin etməklə ona kömək etməyə davam edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə