Avropa “Şimal axını”ndan imtina etməyəcək?

Avropa “Şimal axını”ndan imtina etməyəcək?

"Rusiya “Şimal axını 2”nin dondurulmasından sonra Avropa İttifaqına güzgü tədbirləri tətbiq edə bilər".

Qeyd edək ki, belə bir bəyanatla Rusiya baş nazirinin müavini Aleksandr Novak çıxış edib. Onun sözlərinə görə, Rusiya “Şimal axını” ilə qaz tədarükünü ı dayandıra bilər, lakin indiyədək bunu etməyib. Çünki Avropa da bu məsələdə maraqlı deyil.

Bu barədə SİA RİA Novosti-yə istinad edir. Beləliklə, Novakın dediyinə görə, “Şimal axını 2”nin dondurulmasının nə bizə, nə də Avropaya heç bir faydası olmayacaq: " ...Baxmayaraq ki, avropalı siyasətçilər Rusiyaya qarşı bəyanatları və ittihamları ilə bizi buna sövq edirlər".

Novakın fikrincə, bu gün Rusiya bir sıra Avropa ölkələri üçün praktiki olaraq mübahisəsiz qaz tədarükçüsüdür. Xüsusilə, Almaniya Rusiyanın “mavi yanacağını” əvəz edə bilməz. Və, təbii ki, Rusiya qazının qiymətindəki baş verə biləcək kəskin artım Almaniya sənayesinin əhəmiyyətli hissəsinə də təsirsiz ötüşməyəcək.

...Belə demək olarsa, bu Almaniyada iqtisadi inkişafın dayana biləcəyinə gətirib çıxara bilər(?).

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə