Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans qrumun artıq Avropanın Rusiyadan qaz tədarükündən asılılığını azaldacaq plan hazırladığını bildirib.
Qeyd edək ki, SİA bu barədə “RİA Novosti”-yə istinad edir.
Timmermansın sözlərinə görə, Avropa Komissiyası planı martın 8-i çərşənbə axşamı günü təqdim edəcək.
İcraçı vitse-prezident “...bu planın həyata keçirilməsi artıq 2022-ci ildə tədarükün azalmasına kömək edəcək”-deyə bildirib: “...və illər keçdikcə bu bizi Rusiya qazının idxalından müstəqil edəcək. Məncə, bu mümkündür. Təbii ki, bu elə də asan olmasa da, amma əldə edilə bilər”.
Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyadan qaz tədarükünün kəsiləcəyi təqdirdə bəzi Avropa ölkələrinin böyük problemlərlə üzləşəcəyini dilə gətirmişdi.
Amma maraqlıdır ki, o, ölkəsinin bu ölkələr sırasında görmədiyin də bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB