Avstriyanın “OMV” şirkəti Rusiya bazarındakı strategiyasını yenidən nəzərdən keçirəcək.
SİA AZƏRTACa istinadən xəbər verir ki, şirkət Rusiyaya daha investisiyalar yatırmayacaq, “Yujno Russkoye” qaz yatağındakı 24,99 faizlik payın aqibəti barədə yaxın zamanda qərar veriləcək. Hazırda şirkətin həmin yataqdakı payının satılması və ya ümumiyyətlə həmin layihədən kənara çəkilməsi nəzərdən keçirilir.
Həmçinin qeyd edilib ki, şirkət neft istismarı və emalında Rusiyanı daha strateji mərkəz olaraq görmür. Şirkətin Rusiya bazarı ilə bağlı qəbul etdiyi qərar 500-800 milyon avro itki deməkdir.
“Nord Stream 2“ qaz kəməri layihəsinin maliyyələşməsində iştirak edən “OMV” əlavə bir milyard avro itki ilə üz-üzə qalıb.
Bundan başqa, “OMV”, “Urenqoy” qaz-kondensat yatağının Aximov formasiyasının 4A/5A bloklarının 24,98 faizlik payın alınmasına dair “Qazprom” ilə aparılan danışıqların dayandırıldığını bəyan edib. Beləliklə, tərəflər arasında 2018-ci oktyabrın 3-də əldə edilmiş razılaşmaya da xitam verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB