“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb

“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb

Amerikanın "Visa" şirkəti Rusiyada işlərini dayandırmaq niyyətindədir. Bu barədə beynəlxalq ödəniş sisteminin şənbə günü buraxılmış relizində məlumat verilib. SİA bu barədə rus mətbuatına istinad edir.

“Bundan sonra "Visa" bütün əməliyyatlarını dayandırmaq məqsədi ilə Rusiyadakı müştəriləri və tərəfdaşları ilə işləyəcək”, - deyə məlumatda bildirilir. Rusiya Federasiyasında buraxılmış Visa kartları ilə bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda aparılmayacaq və Rusiyadan kənarda maliyyə institutları tərəfindən buraxılan Visa kartları artıq onun ərazisində işləməyəcək.

Analoji qərarı Mastercard ödəniş sistemi də açıqlayıb. “Rusiya bankları tərəfindən buraxılan kartlar artıq Mastercard tərəfindən dəstəklənməyəcək. Ölkədən kənarda buraxılan hər hansı Mastercard Rusiya mağazalarında və ya bankomatlarında işləməyəcək”, - şirkətin açıqlamasında deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə