Qiymət artımı Azərbaycana müəyyən qədər təsir göstərəcək - EKSPERT AÇIQLADI

Qiymət artımı Azərbaycana müəyyən qədər təsir göstərəcək - EKSPERT AÇIQLADI

"Bu gün dünya iqtisadiyyatında baş verən mövcud hadisələr dünya bazarlarında neftin və qazın qiymətinin kəskin şəkildə artımasına səbəb olub". Bu fikirləri SİA-ya açıqlamasında UNEC Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, bu qiymət artımı Azərbaycana müəyyən qədər təsir göstərəcək: "Azərbaycan neft və qaz ixrac edən bir ölkədir. Bu gün dünya bazarlarında Azərbaycan neftinin qiymətinin 110 dollardan artıq olması öz müsbət effektini göstərməkdədir. Çünki Azərbaycan dövlətinin büdcəsi 2022-ci il üçün 50 dollardan hesablanmışdır. Mövcud hadisələr zəminində faktiki olaraq Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan qiymətin iki misli dəyərində artması neftin, o cümlədən, qazın qiymətlərinin qalxması fonunda daha çox gəlir əldəetmə məsələləri ön plana çıxmaqdadır. Lakin unutmayaq ki, qiymət artımının nə qədər müddət davam edəcəyi hələ ki, sual altındadır. Mövcud hadisələr bitəndən sonra bu qiymətlərin aşağı düşmə halları da gözləniləndə müxtəlif ssenarilərə daxil faktorlardandır. Bir sıra proqnozlara əsasən dünya bazarlarında neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Buna görə də Azərbaycan neftinin və qazının qiymətinin aşağı düşməsi halı yaranarsa belə, proqnozlara əsasən deyə bilərik ki, bununla bağlı dövlət büdcəsində hər hansısa bir problem yaşanmayacaqdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə