"Son dönəmlərdə Avropa bazalarında buğdanın qiyməti son həddə çatıb. Bu hadisə 2020-ci ilin ortalarında da baş vermişdir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, bunun səbəbi onunla bağlı idi ki, dünya bazarında bu istiqamətdə məhsuldarlıq aşağı səviyyədə idi: "Buğda rezervlərində çətinliklər yaratmışdır. Eyni zamanda buğda idxalçısı olan ölkələrdə daşınma xərclərinin və digər xərclərin artırılması halları baş verdiyi üçün qiymətlərdə artım yaranmışdır. Düşünürəm ki, son dönəmlərdə Avropa bazarında buğdanın qiymətinin artması Azərbaycana bir o qədər də təsir etməyəcək. Azərbaycan idxal etdiyi buğdanın böyük bir hissəsini Rusiyadan, digər bir hissəsini isə Qazaxıstandan ixrac edir. Rusiya ilə Azərbaycan arasında bir neçə gün öncə Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. 1997-ci ilin müqaviləsi yeniləndi və bir çox istiqamətdə iqtisadi-siyasi, hərbi sahələrdə əməkdaşlığın yenidən əsası qoyuldu. Bu istiqamətdə Rusiya tərəfindən Azərbaycana buğda idxal edilməsində hər hansı bir çətinlik yaranmayacaq. Ona görə düşünürəm ki, ilin sonuna qədər buğdanın qiymətində hər hansı bir nəzərə çarpan bahalaşma müşahidə olunmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB