ABŞ Energetika Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkənin strateji ehtiyatından 30 milyon barel neft çıxaracağını təsdiqləyib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, nazirlik yaydığı bəyanatda bildirir ki, müvafiq elanı martın 2-də etməyi planlaşdırır.
Vurğulanır ki, bu addım Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkənin qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığı çərçivəsində atılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB