UNICEF Özbəkistan səhiyyəsinə 102,5 milyon dollar vəsait ayırıb

UNICEF Özbəkistan səhiyyəsinə 102,5 milyon dollar vəsait ayırıb

Martın 1-də UNICEF 2022-2025-ci illər üçün Özbəkistanın səhiyyə sahəsinə 102,5 milyon dollar vəsait ayırıb.

SİA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı UNICEF-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri Munir Məmmədzadə və ölkənin səhiyyə naziri Behzod Musayev arasında Yol xəritəsi imzalanıb.

Məlumatda bildirilib ki, vəsait uşaq səhiyyə sahəsi işçilərinin ixtisaslarının artırılmasına, anaların və uşaqların daha yaxşı tibbi xidmətlərlə təmin olunmasına, tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsinə, Qaraqalpaq Respublikasının orta məktəblərində sanitar-gigiyenik vəziyyətin və su təchizatının yaxşılaşdırılmasına, ölkədə yod çatışmazlığı ilə mübarizəyə və digər sahələrə xərclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə