Avropada iqtisadi fəallığın əsas göstəricilərindən olan avtomobil satışları azalıb.
APA-nın xəbərinə görə, yanvar ayında ittifaqda 682 596 yeni avtomobil satılıb. Bu da 2021-ci ilin dekabrı ilə müqayisədə 18.6 faiz azdır. Ən ciddi azalma İtaliya, Fransa, Polşa və Niderlandda müşahidə olunub.
Avropa İttifaqını tərk etmiş Birləşmiş Krallıqda isə əksinə, 27 faiz artım qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB