Türkiyədə əcnəbilərə mənzil satışında artım qeydə alınıb

Türkiyədə əcnəbilərə mənzil satışında artım qeydə alınıb

2021-ci ildə Türkiyənin 70 əyalətində mənzil satın alan əcnəbilərin sayında rekord artım qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, Əcnəbilərə daşınmaz əmlak satışı ilə məşğul olan Nevita şirkəti bu barədə məlumat yayıb. Bildirib ki, ötən il Türkiyədə 70 fərqli şəhərdə ev alan əcnəbilərin sayı 59 min 282 nəfər olub. İstanbul isə xaricilərin ən çox mənzil satın aldıqları şəhərlər arasında ilk sırada iştirak edib ( 26 min 667). Bu şəhəri Antalya(12 min 598 mənzil), Ankara(3 min 705 ), Mersin( 2 min 549), Yalova(1893), Bursa (1700), İzmir (1422), Sakarya(1269), Samsun(1165), Trabzon(985) izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə