Son illər ən qısa zamanda nəhəng enerji obyektlərini inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Buna cənab İlham Əliyevin 11 fevral 2022 – ci il tarixində açılışını etdiyi nəhəng enerji mərkəzlərindən biri olan “Qobu” Enerji Qovşağını misal çəkmək olar.
Mərkəzin açılışında Dövlət başçımız bir çox önəmli məsələləri qeyd etdi;
Ölkənin enerji dayanıqlılığına xidmət göstərəcək, gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi, enerji təhlükəsizliyimizin təmin olunması prosesinə öz töhfəsini verəcək.
Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. 2021 – ci il ərzində istehsal etdiyi 27 milyard kilovat/saat elektrik enerjisinin 1.6 milyard kilovat/saatını ixrac etmişdir. Bununlada həm artan daxili tələbatı həm də, xaricdə enerji gücümüzə yaranan tələbatı qarşılamış olmuşuq. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.
Cənab Prezident, ölkədə gedən müsbət meyllərin təzahürünün, sabitliyinin, əmin-amanlığının, iqtisadi inkişafının və sosial rifahın təzahürü olaraq, Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatmasının, vətənimizdə demoqrafik vəziyyətin çox müsbət olmasından xəbər verdiyini bildirdi.
Sonra O, Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunduğunu qeyd edərək, bu gün Azərbaycanın dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri olduğunu vurğulayaraq, Azərbaycanın özünü və tərəfdaşlarını bundan sonra da, ən azı 100 il ərzində təbii qazla təchiz edə biləcəyini qeyd etdi.
Daha sonra Dövlət başçısı, bərpa olunan enerji haqqında bunları dedi: ““Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur”.
Çıxışının sonunda, Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişinin, artıq prioritet planlardan biri olduğunu vurğulayaraq, Zəngəzur dəhlizinin təkcə dəmir yolu, avtomobil yolu,Hava nəqliyyatı yolu deyil, eyni zamanda, enerji növlərinin daşınması rolunu oynayacağını qeyd edərək, ölkəmizin təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağını bildirdi.
Mürsəl Mürsəlov
Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB