Mövcud gərginilik getdikcə daha kəskin xarakter alır - İQTİSADÇI EKSPERT MÖVQE BİLDİRDİ

Mövcud gərginilik getdikcə daha kəskin xarakter alır - İQTİSADÇI EKSPERT MÖVQE BİLDİRDİ

"Çinlə Amerika arasında siyasi və iqtisadi gərginlik artıq təqribən 10 ilə yaxındır ki, kəskinləşib. Mövcud gərginilik getdikcə daha kəskin xarakter alır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli bu barədə fikirlərini belə izah edib: "Sadəcə, burada önəmli cəhət ondan ibarətdir ki, hər iki ölkə iqtisadi baxımdan bir-biri ilə asılı və bağlı ölkələrdirlər. Nə qədər qəribə səslənsə də Amerika ilə Çin arasında ticarət dövriyyəsi 1.1 trilyon dollardır. Bu rəqəmin 600 milyard dollardan çoxu Çin tərəfindən ixrac edilir. Təqribən 500 milyard dollardan çox ixracat da Amerikanın payına düşür. Bu onu göstərir ki, qarşıdurma nə qədər gərginləşsə də bir-birindən asılılıq olduğuna görə, bu qarşıdurmanın bir müddətdən sonra hər iki dövlətə ziyan vurması ehtimalı var. Ona görə də burada qalibin kim olmasından daha çox bu münaqişələrin hansı formada qarşılıqlı güzəştlər şəklində həll olunmasından söhbət gedə bilər. Ola bilər ki, müəyyən müddətdən sonra qarşılıqlı anlaşmalar, maraq dairələrinin bölünməsi tipli məsələlərdə iki ölkə razılığa gəlsinlər. Çünki münasibətlərin tamamilə qopması iqtisadi olaraq hər iki dövlətə ciddi ziyan vuracaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə