PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5 faiz proqnozlaşdırır

Qlobal iqtisadiyyat 2021-ci ildə gözlənilən artım tempindən 5,9% yavaşlayaraq, 2022-ci ildə təxminən 4,5 faiz artacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu PricewaterhouseCoopers (PwC) şirkətinin məlumatlarında əks olunub.

Alıcılıq qabiliyyəti pariteti üzrə qlobal ÜDM artımı 2021-ci ildə 6,2 faiz, 2022-ci ildə 4,7 faiz olacaq. 2023-cü ildə qlobal iqtisadiyyat 3,4 faiz genişlənəcək.

Bu arada, PwC analitiklərinin proqnozlarına görə, bazarları və mərkəzi bankları narahat edən qlobal inflyasiya da keçən il 3,2 faizə, bu il isə 3,1 faizə enə bilər.

İlkin ssenari koronavirusun "omikron" ştammının iqtisadi təsirinin məhdud olacağı və peyvəndlərin ağır xəstəliklərə qarşı kifayət qədər qorunma təmin edəcəyi fərziyyəsinə əsaslanır. Əks halda, qlobal ÜDM artımı baza proqnozundan 0,5 faiz bəndi aşağı və tədarük zəncirlərinin pozulmasının qiymət təsiri səbəbindən inflyasiya daha yüksək ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə