Azərbaycanda traktor istehsalı artıb

2021-ci ildə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində traktor istehsalı 2 dəfə artıb.

SİA-nın məlumatına görə, bu barədə zavodun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə 299 traktor istehsal olunmuşdusa, 2021-ci ildə bu rəqəm 651-ə çatıb. 2021-ci ildə Gəncə Avtomobil Zavodu İB-də müxtəlif təyinatlı 64 "KamAZ", 30 URAL və 17 MAZ avtomobili yığılıb.

Bu müddətdə 1 ədəd traktor qoşqusu, 30 ədəd səhra mətbəx qoşqusu, 35 ədəd tullantı üçün konteyner istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня