"Borc vəziyyətimiz bizi narahat etməlidir"

Borc vəziyyəti bizi narahat etməlidir. Dövlət borcumuz indi ÜDM-in 115 faizini təşkil edir, bu səviyyə çox yüksəkdir. Dövlətin “nəyin bahasına olursa olsun“ ifadəsi artıq özünü doğrultmur.

SİA xəbər verir ki, bu fikirləri Fransa Bankının (Banque de France) yüksək çinli məmuru Fransuz Villerua dö Galo “Franceinfo” televiziyasına müsahibəsində deyib.

Qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı sanitar böhrandan sonra prezident seçkilərinə namizədlərin bəzilərinin vergilərin azaldılması və ya əlavə xərclərlə bağlı təkliflərinin təmin edilməsi mümkün deyil. Belə təkliflər indiki vəziyyətdə borcu daha da artıracaq. O, 115 faizlik həddin artıq çox olduğunu, faiz dərəcələrinin həmişə bugünkü kimi əlverişli qalacağına etibar olmadığını bildirib. Başqa bir böhranın mümkünlüyünü qeyd edərək, böyük ekoloji sərmayələrə ehtiyac olacağını deyib. İnflyasiyanın zamanla 2 faizə qaytarılması üçün əllərindən gələni edəcəklərini bildirib.

Ölkədə inflyasiyanın yüksək olduğunu diqqətə çatdıran F. V. Dö Qalo “omikron” ştamının iqtisadi artıma təsiri olmadığını deyib. İlin sonuna qədər inflyasiyanın azalacağını və 2 faiz civarında olacağını proqnozlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...