BVF yanvar hesabatının dərcini bir həftə təxirə salıb

BVF yanvar hesabatının dərcini bir həftə təxirə salıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın perspektivlərinə dair yanvar hesabatının dərcini bir həftə təxirə salıb.

SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi BVF-nin mətbuat katibinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabatın dərc edilməsi sənədin hazırlanmasında pandemiya ilə bağlı son hadisələrin nəzərə alınması üçün təxirə salınıb.

Bildirilir ki, yanvarın 19-u dərc edilməsi planlaşdırılan hesabat yanvarın 25-i dərc ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə