“Hadrut-Füzuli yolu bölgənin inkişafına töhfə verəcək” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
Füzuli-Hadrut yolu işğaldan azad olunmuş ərazilərimizin inkişafı baxımından vacib infrastruktur layihəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

İqtsadçı-ekspertin sözlərinə görə, xüsusən nəzərə almaq lazımdır ki, bu yol praktik olaraq imkan vercək ki, Hadrutla Füzuli arasında nəqliyyat kommunikasiyasını yaratmaq, həm də praktik olaraq Hadrutun Füzuli şəhəri və Füzuli rayonunda formalaşmış infrastruktur vasitəsi ilə daha geniş nəqliyyat şəbəkəsinin inteqasiyası mümkün olsun.
“Bir tərəfdən də həmin yol Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Nəzərə alsaq ki, Hadrutun iqtisadi potensialı kifayət qədər böyükdür, bu, təbii ki, bütövlükdə həmin bölgə üzrə yükdaşımaların həcminin artırılmasına imkan verəcək. Digər tərəfdən isə, xüsusən nəzərə alaq ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və infrastrukturun bərpası və intensiv şəkildə qurulması həyata keçirilir. Bu kontekstdən bu, həm də həmin ərazilərimizdə məskunlaşmanın tezləşməsi, iqtisadiyyatın formalaşması, Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir. O baxımdan, Hadrut-Füzuli avtomobil yolu beynəlxalq standartlara uyğun olaraq qurulmaqla yanaşı, həm də bölgənin inkişafına xüsusi töhfə vermiş olacaq”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB