Makroiqtisadiyyatda inanılmaz dərəcədə dəyişikliklər baş vermişdir - İQTİSADÇI AÇIQLADI
“Cənab Prezident İlham Əliyevin 2003-cü ildən etibarən iqtisadi sahədə həyata keçirdiyi tədbirlər nəticəsində makroiqtisadiyyatda inanılmaz dərəcədə yaxşı mənada dəyişikliklər baş vermişdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə biz bunu istər neft sektorunda, istərsə də qeyri-neft sektorunda olan irələyişdən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasından, ümumi daxili məhsulun həcmindən və s. görə bilərik: "Əhalinin rifahının formalaşması, beynəlxalq aləmdə nüfuzunun bugünkü səviyyədə olması iqtisadi islahatların bariz nümunəsidir. Məhz Cənub Qaz dəhlizinin işə salınmasında “Şah Dəniz - 2” layihəsi, Cənubi Qafqaz, Trans Adriaktiv, Trans Anadolu boru kəmərləri çox böyük rol oynamışdır".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB