Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 9-da 76,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,537 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə