Türkiyə mebel istehsal və ixracatında dünyada 6-cı oldu

Ankara Mebelçilər Lakecilər Biznesmen və Sənətkarlar Palatası və Elmadağ Mebelçilər Mütəşəkkil Sənaye Bölgəsinin başçısı Hüseyn Taklacı mebel sektorunun reallaşdırdığı ixracatla bağlı hesabat paylaşıb

Mebel istehsalı və ixracatında 6-cı sıraya yüksələn Türkiyə dünya mebel ixracatının 3 faizini reallaşdırır.

SİA xəbər verir ki, Ankara Mebelçilər Lakecilər Biznesmen və Sənətkarlar Palatası və Elmadağ Mebelçilər Mütəşəkkil Sənaye Bölgəsinin (Ankara Mobilyacılar Lakeciler Esnaf ve Sanatkarlar Odası ve Elmadağ Mobilyacılar Organize Sanayi Bölgesi Başkanı) başçısı Hüseyn Taklacı mebel sektorunun reallaşdırdığı ixracatla bağlı hesabat paylaşıb.

Türkiyə mebel sektorunun inkişaf relsində olduğunu söyləyən Taklacı deyib: "Mebel istehsalı və ixracatı üzrə dünyada 6-cı sıraya yüksəldik. Dünya mebel ixracatının 3 faizini reallaşdırırıq. Bu ilin 11 ayında keçən ilə nisbətən 25 faiz artımla 3,9 milyard dollarlıq mebel ixracatı əldə etmişik.

Məqsədimiz 2021-ci ildə dünya mebel ixracatında ilk altılığa girmək idi və buna nail olduq. Artıq beşlikdə yer almağa çox yaxınlaşdıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...