Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,86 faiz – 34 483,72 bəndədək, S&P 500 indeksi 1,90 faiz – 4 567,00 bəndədək, Nasdaq indeksi isə 1,55 faiz – 15 537,69 bəndədək enib.

SİA xəbər verir ki, Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 0,71 faiz – 7 059,45 bəndədək, Almaniyanın DAX indeksi 1,18 faiz – 15 100,13 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,82 faiz – 6 721,16 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,3 faiz artaraq 1,1334 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə