CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 75,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...