Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb

Türkiyə Dövlət Statistika Komitəsi (TÜİK) və Ticarət Nazirliyinin birgə hazırladığı hesabata görə Ümumi Ticarət Sistemi (ÜTS) daxilində ixrac həcmi cari ilin oktyabr ayında 2020-ci ilin müvafiq ayına müqayisədə 20,1 faiz artaraq 20 milyard 792 milyon dollara, idxal isə 12,8 faiz artımla 22 milyard 230 milyon dollara çatıb.

SİA bu barədə türk mətbuatına istinad edir.

Xarici ticarət kəsiri oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 40,1 faiz azalaraq 1 milyard 438 milyon dollara enib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...