ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 2,24 faiz azalaraq 1 barelə görə 80,38 dollar təşkil edib.

SİA APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,87 faiz azalaraq 76,14 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə