"Qarabağın bərpasına büdcədən 2,2 milyard əlavə vəsait ayrılacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Qarabağın bərpasına büdcədən 2,2 milyard əlavə vəsait ayrılacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın gələn ilki dövlət büdcəsi tariximizdə manat ifadəsində ən yüksək büdcədir, yəni 29 milyard 800 milyon xərc hissəsidir və bu büdcə manat ekvivalentində ən yüksək büdcədir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Düzdür ki, dollar ekvivalentində bu büdcə yüksək deyil. Dollar ekvivalentində ən yüksək büdcə 2011-2013-cü illərdə olub, amma hər halda büdcənin kifayət qədər bütün istiqamətlər üzrə xərclərin artırılması görünür. Əsasən də sosial xərclər büdcənin təqribən 40%-ni təşkil edir. Qarabağın bərpa olunması üçün isə dövlət büdcəsindən 2.2 milyard əlavə vəsait ayrılacaq. Yəni xərc istiqamətləri üzrə xərclər artırılacaq. Azərbaycan büdcəsi ilə bağlı əsas problem xərclənmə zamanı şəffaflığın məhdud olmasıdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə