Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir.
SİA-nın məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB